Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə açıq məlumatlarla işləmə təcrübəsi öyrədilir

175

Xəbər verdiyimiz kimi,  Mingəçevir Valideynlər Assosiasiyası noyabrın 21-dən  Mingəçevir Media Mərkəzində Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair təlimlərə start verib. MVA prezidenti və layihə komandasının rəhbəri  Fərman Nəbiyev  mi-news.az səhifəsinin müxbirinin suallarına cavabında bildirib ki, bu təlimlərə Bakıdan və Azərbaycanın digər bölgələrindən QHT, dövlət və KİV təmsilçiləri  qatılıb:  “3 gün ərzində  onlar açıq məlumatlar konsepsiyasını müzakirə edib, Belorus, Avropa Birliyi və dünya KİV-lərinin, QHT və dövlət orqanlarının açıq məlumatlarla işləmə təcrübəsini öyrənib. İştirakçılar  açıq məlumat portalları, məlumat mənbələri, vizuallaşdırma alətləri ilə tanış olub, xəritələr üzərində işləməyi öyrəniblər”.

F.Nəbiyevin sözlərinə görə, cümə axşamı Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri üçün mitap təlimi təşkli olunub, cümə günündən isə növbəti  qrup üçün üç günlük təlimə başlanıb: “Məqsəd auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir”

Mingəçevir İcra Hakmiyyətinin məsul işçisi Sahib Əliyev ölkə üçün vacib olan belə tədbirin Migəçevirdə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəhər statistika İdarəsinin rəisi Etibar Kərimov maraqlı ideyalarla çıxış edib.

Tədbirləri izləyən və təlimlərin gedişindən məmnun qalan  BMTİP əməkdaşları əmin olduqlarını bildiriblər ki, proqramın  uğurla icrası Azərbaycanın hökümət, QHT və KİV   nümayəndələrinə əhali ilə daha rahat  işləmək imkanı yaradacaq.

Noyabrın 27-dək davam edəcək təlimləri  “Linking Media” təşkilatının nümayəndəsi,  media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir.

Şərhlər bağlıdır.