Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Bakı şəhər Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin müəllimi, AHİ-nın katibi Şölə Fərəclinin rəhbərlik etdiyi “Yaxşıların Yaxşısı” layihəsi uğurla yekunlaşdırılıb.
Layihə çərçivəsində Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin 30 şagirdi psixoloq tərəfindən müxtəlif təlimlər və fərdi seanslara cəlb edilib.
Əsasən “stress və aqressiyadan xilas olmaq”, “hiss və həyəcanı idarə etmək”, “sosial-psixoloji mühitə adaptasiya” kimi mühüm təlimləri əhatə edən layihə 5 ay müddətində davam edib.
Layihə rəhbəri Şölə Fərəcli, inkişafında gerilik olan şagirdlərin təhsil prosesində özünü ifadə, nitq bacarıqlarının təkmilləşdirilməsi,
özünəqapanma, cəmiyyətdən təcrid olunduğunu zənn edən yeniyetmələrdə aqressivlik, depressiyaya meyillilik dərəcəsinin, həmçinin ailədaxili gərginliyin səviyyəsinin müəyyənləşdirilməsi; valideynlərin maarifləndirilməsi, valideyinlərin etinasızlığı və bu etinasızlığın törətdiyi faciələrin araşdırılmasına xidmət etdiyini bildirib.
Layihənin uğurunun nəticəsi olaraq, şagirdlərdəki ilk və son nəticələrə görə müsbət şəkildə dəyişdiyini qeyd edən ekspert: Aynur Quliyeva, bu kimi layihələrin şagirdlərin psixoloji inkişafına, və təhsilində inkişaf etdirilməsinə səbəb olduğunu bildirib.
Layihənin psixoloqu İlahə xanım Layihə çərçivəsində keçirdiyi təlimlərdən başqa, fərdi seansların əhəmiyyətindən, şagirdlərdə ailədaxili münaqişələrin yaratdığı mənfi təsirlərdən qurtarmaq, təhsilə və özünüinkişafa adaptasiya etmələri, sağlam mühitə inteqrasiya etmələrinə güclü müsbət təsir bağışladığını bildirib.
Qeyd edək ki, layihənin davamlılığında fərdi seansların davam etdiriləcəyi bildirilib.
Şərhlər bağlıdır.