Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yaşıl Həyat” layihəsi çərçivəsində “Yaşıl STEAM Sərgisi” 

Sərgidə 5 fərqli məktəbdən 6 komanda, ümumilikdə 30 şagird layihələrlə iştirak edib

Mingəçevir STEAM Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl Həyat” layihəsi çərçivəsində “Yaşıl STEAM Sərgisi”  keçirilib. Sərgidə 5 fərqli məktəbdən 6 komanda, ümumilikdə 30 şagird layihələrlə iştirak edib. Onlar  aurdino, mikrobit, CAD texnologiyaları, led işıqlar, günəş panelləri, incəsənət alətlərindən  geniş istifadə ediblər.

Mərkəzin əməkdaşları Müşfiq Tarıverdiyev və Aysel Şamxalova qonaqlara STEAM Mərkəzi haqqında ətraflı məlumat verib,  qurumun uğur və gələcək planlarını bölüşdülər. Bundan sonra  layihələrə baxış keçirilib, əvvəlcədən hazırlanmış meyyarlar əsasında qalib layihələr müəyyənləşdirilib.

Yaşıl Həyat layihəsi “Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində həyata keçirilən bir proqramdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.