Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır”

"Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi yeni layihəsinə başladı

142

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır” layihəsinin icrasına başlayıb.

İctimai birliyin rəhbəri Çingiz Nəzərovdan aldığımız  məlumata görə, layihə çərçivəsində məişət tullantılarının idarə olunmasının Azərbaycan modelinin necə olması məsələsi araşdırlacaq: “Gələcəkdə ölkəmizdə məişət tullantılarının vahid idarəçiliyinin  necə həyata keçiriləcəyi il’ bağlı Mingəçevir modeli qurulacaq. Hazırlanan təkliflər dövlət qurumlarına və şəhər rəhbərliyinə təqdim ediləcək. Əhalinin tullantıalara münasibətini dəyişdirməyə, onu optimallaşdırmağa çalışaağıq. KİV və televiziya vasitələrindən istifadə etməklə görülən işlər və onun  nəticələri   ictimaiyyətə çatdırılacaq”.

Layihədə əsas məqsəd  televiziya verilişləri  vasitəsi ilə şəhər əhalisini məişət tullantılarının idarə edilməsi, tullantıların ətraf mühitə mənfi təsiri, sağlamlığa ziyanı ilə əlaqədar  vəziyyətlə tanış etməkdir. Əsas fokuslanma Mingəçevir şəhəri və onun tullantılarının idarə edilməsi  mövzusu olacaq. Şəhərdəki zibil poliqonunda müxtəlif tullantıların çeşidlənməsi, emal olunması məsələsi də araşdırılacaq. Şəhər əhalisinin maarifləndirilməsi məqsədi ilə bukletlər çap edilib paylayacaq, mütəxəsislərin, ekspertlərin iştirakı ilə mətbuatda, sosial şəbəkələrədə çıxışlar ediləcək.

Çəkiləcək iki televiziya verilişi vasitəsi ilə əhaliyə kommunal xidmətlərlə bağlı faydalı məsləhətlər veriləcək  ki, bu da əhalinin mədəni səviyyəsini təbliğat yolu ilə artırılmasına xidmət edəcək.

Qeyd edək ki, çəkiləcək verilişlər ELTV və Kanal S  televiziyaları ilə rəqəmsal yayımla bütün ətraf rayonlara və respublikaya yayımlanacaq. Həmçinin bu verilişlər bir neçə saytda, sosial şəbəkələrdə və youtube də yayımlanacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.