Yarışlar güclü mübarizə şəraitində keçir
Kanoye üzrə yarışların iştirakçısı, İrlandiya komandasının üzvü Cenefer Eqam Çexiyada keçirilən 500 m məsafədə qadınlar arasında keçirilən yarışlarda Avropa üçüncüsü olub. Bu gün isə o, Mingəçevirdə, I Avropa Oyunlarında qüvvəsini sınayır.
-Yarışlar necə keçdi? Ümumiyyətlə, rəqiblər güclü idimı?
-Yarışlar çox gözəl keçdi. Əsasən də bu İrlandiya komandası üçün daha önəmlidir. Çünki kanoye prezidenti də İrlanddı. Bakıda və burda yaradılan şəraitdən çox razıyam. Atmosfer də çox əladır.
-Yarışlarda komandaların vəziyyəti nə durumdadır?
-Beynəlxalq dərəcəli idmançılar var. Onlar güçlü rəqiblərdir. İnanıram ki, biz və digər komandalar özlərini ən yaxşı formada göstərməyə və qalıb olmağa çalışacaqlar. Yarışlar həqiqətən də güclü mübarizə şəraitində keçir.
Azərbaycanlıların qonaqpərvər və xoşgəlimliyindən danışan Cenefer Eqam mediadan da razılığını bildirdi: “Mediaya da təşəkkür edirəm ki, onlar gəlib bu oyunları işıqlandırırlar”.
Şərhlər bağlıdır.