YAP Mingəçevir təşkilatına sədrliyə Bəxtiyar Mustafayevi gətirdi
Partiyanın Mərkəzi Aparatının təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev mərasimə onlayn formada qoşuldu
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı və Mərkəzi Aparatın rəhbəri, Partiyanın Sədr müavini Tahir Budaqovun əmri ilə Bəxtiyar Mustafa oğlu Mustafayev YAP Mingəçevir şəhər təşkilatının sədri təyin edilib. Bununla əlaqədar 05 yanvar 2023-cü ildə YAP ŞT-nın konfrans zalında təqdimat mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev mərasimə onlayn formada qoşulub və tədbiri açaraq, Bəxtiyar Mustafa oğlu Mustafayev barəsində ətraflı məlumat verib, ona fəaliyyətində uğurlar arzulayıb. Ə.Tağıyev onu da vurğulayıb ki, 8 min üzvü olan yerli təşkilatın üzvlərinin yarısı üzvlük haqqını ödəmir: “Bu isə onların partiya ilə əlaqələrini zəif qurması və ya kəsməsi anlamına gəlir. Yeni sədr qısa müddətdə keyfiyyət dəyişikliyinə nail olmalı, partiyanı ona bağlı olan üzvlər hesabına möhkəmləndirməyə çalışmalıdır”.
İnternet üzərindən mərasimə qatılan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təyinatla bağlı fikirlərini bildirib, YAP şəhər təşkilatının şəhər İcra Hakimiyyəti hər zaman birgə tədbirlər təşkil etdiyini və bundan sonra daha sıx iş birliyi şəraitində çalışacaqlarını vurğulayıb.
YAP fəallarından Nurcamal Əsgərova, Mirzə Cavadov, Rizvan Mikayıllı və İranə Həsənova da yeni sədr təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.
Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezident İlham Əliyevə, YAP İdarə Heyətinə və Mərkəzi Aparatın rəhbərliyinə təşəkkür edib və etimadı əməli işi ilə doğruldacağını bildirib.
Şərhlər bağlıdır.