YAP-ın Mingəçevir təşkilatı 30 illik tarixini vərəqlədi
Hazırda şəhərdə 54 ərazi partiya təşkilatının tərkibində 8065 nəfər YAP üzvü birləşir
Fevralın 13-də Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının 30 yaşı olub. Bu münasibətlə 15 fevral 2023-cü ildə YAP fəalları və qonaqlar Heydər Əliyev Mərkəzində keçirilən konfransda bir araya gəliblər. Onlar YAP-ın yaradıcısı və ilk sədri Heydər Əliyevin, torpaqlarımızın qorunması və azad olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin, həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edib, bundan sonra təşkilatın fəaliyyətindən bəhs edən filmi izləyiblər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bir qrup ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edib, noyabr ayının 21-də isə Naxçıvanda YAP-ın təsis yığıncağı keçirilib: “O zaman Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Belə bir vaxtda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yeni siyasi xətt müəyyənləşdirdi, ölkəmizi daxili və xarici düşmənlərdən qorumaq üçün bütün qüvvəsini səfərbər etdi. Bu gün Heydər Əliyevin uğurlu siyasəti onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad olunması da məhz bu siyasi xəttin uğurlu inkişafının təzahürüdür”.
Konfransda Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev məruzə ilə çıxış edib. O, məlumat verib ki, hazırda şəhərdə 54 ərazi partiya təşkilatının tərkibində 8065 nəfər YAP üzvü birləşir.
Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının ilk sədri Aydın Mirzəzadə, partiya veteranı Mirzə Cavadov, Tələbə Poliklinikasının baş həkimi Nurcamal Əsgərova, 17 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev də konfransda çıxış ediblər. Onlar yerli təşkilatının yaranmasının 30 illiyi əlaqədar bütün partiya üzvlərinə təbriklərini çatdırıblar.
Sonda şəhər təşkilatının bir qrup üzvünə ilk təşkilatın Fəxri Fərmanı verilib, həmçinin partiya sıralarına yeni qəbul olunan şəxslərə vəsiqələr təqdim edilib.
Şərhlər bağlıdır.