Fevralın 26-da Mingəçevirdəki Şəhidlər Xiyabanında Xocalı faciəsinin 27-ci ildönümünün anım mərasimi keçirilib. Şəhidlərin ruhuna dua verildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib. O, diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılar öz talelərinin ən ağır, acılı anlarını yaşayıb, çünki onlara və bütövlükdə insanlığa qarşı ən qəddar, amansız terror hadisələrindən biri törədilib: “Müasir silahlarla yaraqlanmış ermənilər bir neçə saat ərzində 613 nəfər soydaşımızı xüsusi amansızlıqla qətlə yetirdilər. Bu faciə yüz illər ərzində bədnam qonşula-rımızın xalqımıza qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin davamı idi”.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Mingəçevirdəki nümayəndəsi Göyüş Həsənov, YAP şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, Texniki Humanitar liseyin tarix müəllimi Aytən Mehdiyeva Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Mərasimdə Mingəçevir Turizm Kolleci tələbələrinin ifasında Xocalıya həsr olunmuş ədəbi kompozisiya nümayiş olunub.
Sonda soyqırım abidəsi önünə şəhər ictimaiyyəti nümayəndələri gül dəstələri qoyublar.
Şərhlər bağlıdır.