Iyunun 19-da Xırdalandakı 11 illik musiqi məktəbinin kollektivi mingəçevirlilərin qonağı olub. Kollektiv Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində geniş konsert proqramı ilə çıxış edib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində baş tutub. Tədbirdə məktəbin şagirdləri şən mahnılar ifa edib, şux rəqslər nümayiş etdiriblər.
Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru “Əməkdar müəllim” İkram Manafova belə əməkdaşlığa görə təşəkkür edib. Sonda qonaqlara hədiyyələr təqdim olunub.
Konsertdə Mingəçevirdə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin nümayəndələri, şəhərin qonaqları və media mənsubları iştirak ediblər.
Şərhlər bağlıdır.