Xalq çalğı alətləi ifaçıları zona baxışında
Aprelin 16-dan 18-dək Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının 3-cü zona müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin əmri ilə gerçəkləşən tədbirin məqsədi professional musiqi təhsilinin inkişaf etdirilməsi, yeni gənc istedadlarin aşkara çıxarılması və on-ların gələcək inkişaf istiqamətlərinin müəy-yənləşdirilməsini dəstəkləməkdir.
2 turdan ibarət müsabiqədə 6 ixtisas (tar, kamança, qarmon, balaban, saz, kanon) üzrə 600-ə yaxın şagird iştirak edib. Birinci tur Mingəçevir, Goranboy, Ağcabədi, Şir-van, Şəki, Xaçmaz və Bakı şəhərində keçi-rilir. Müvəffəqiyyətlə çıxış edənlər yarış-manı mayın 14-də Bakıda, 23 saylı uşaq musiqi məktəbində davam etdirəcəklər. Bu barədə qərarı münsiflər heyəti verəcək. Ona Ü.Hacıbəyli adına Bakı Musiqi Akade-miyasının professoru, respublikanın Xalq artisti Ramiz Quliyev rəhbərlik edir. Tərkibə Baki Musiqi Akademiyasının pro-fessoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konser-vatoriyasının dosenti Mübariz Əliyev (saz), Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin müəllimi Məlahət Əliyeva (ka-non) və Xeyrulla Dadaşov (qarmon) daxil-dir.
Müsabiqə çərçivəsində münsiflər heyəti üzvlərinin iştirakıyla yerlərdə ustad dərslər keçirilib, uşaq incəsənət və musiqi məktəb-lərinin müəllim və şagirdlərinə metodiki tövsiyələr verilib. Xalq artisti Ramiz Quli-yevin ifaçılara məsləhətləri, müəllimlərə iradları böyük həvəslə qəbul olunub. O, Na-tiq Mustafayev ilə birgə “Qərənfil” mahnisini ifa edib.
Mədəniyyət və Turizm Nazirliyinin Mədə-niyyətşünaslıq üzrə elmi-metodiki mərkə-zinin direktoru N.Mustafayevin dediyinə görə, müsabiqə proqramları və ifalar qane-edicidir və milli muğamlarımız da repertuara daxildir: “Azərbaycan bəstəkarlarıyla yanaşı dünya musiqi xəzinəsinin, xarici öl-kə bəstəkarlarının iri həcmli əsərləri də ifa olunur Milli muğamlar müsabiqənin ikinci turunda yer alacaq”.
Qaliblərin yekun konserti və onların mü-kafatlandırılması mərasimi may ayında Azərbaycan Dövlət Filarmoniyasında nə-zərdə tutulub.
Şərhlər bağlıdır.