Xəbər Araşdırma QHT Təqvim Qalereya Ədəbiyyat Mingəçevir Bazardaxil ol “Burada hər cür naz-nemət, bolluq və bərəkət gördük”
I Avropa Oyunları zamanı Mingəçevirə çoxlu sayda turistlər gəlib. Onlar şəhərin gəzməli-görməli yerləri ilə tanış olur, əhali ilə yaxından ünsiyyət qurmağa çalışırlar. Azəri xalqı öz ənənəsinə sadiq qalaraq, qonaqpərvərlik nümayiş etdirir.
Bu günlərdə turistlərdən biri ilə həmsöhbət olduq. Slovakiya Respublikasından gələn Petra Kvolna şəhərə heyran olduğunu bildirdi: “Birinci dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycan haqqında eşitmişdim, amma bu qədər qonaqpərvər, istiqanlı sakinləri olduğunu bilmirdim. Eyni zamanda buranın mətbəxi çox zəngindir. Yeməklərinizdən doymaq olmur, həm də dənizdə çimmək daha maraqlıdır. Nə gizlədim, mən gələcəkdə də Azərbaycana səyahətə gələcəyəm”.
“Daha çox hansı milli xörəklərimiz xoşunuza gəldi?” sualına xanım bildirdi ki, pitini daha çox sevib: “Yeməklərinizin çeşidi çoxdur. Adam bilmir ki, hansı yeməyin dadına baxsın. Amma pitini daha çox sevdim. Ümumiyyətlə, bütün yeməkləri çox bəyəndim. Azəri xalqı çox şanslı xalqdır. Onların milli mədəniyyəti, mətbəxi, turizm obyektləri, tarixi abidələri var. Azərbaycanın qədim tarixi abidələri ilə də yaxından tanış olduq. Burada hər cür naz-nemət, bolluq və bərəkət gördük. Bundan yaxşı nə ola bilər. Bir sözlə, cənnət görmək istəyən Azərbaycana gəlsin”.
Şərhlər bağlıdır.