Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xəzərin sahilində onlarla suitilərin öldüyü aşkarlandı

Ekologiya Nazirliyinin nümayəndəsi məhv olmuş suitilərin Xəzər dənizinin Qazaxıstan sahillərində tapıldığı barədə məlumat verib.

Mütəxəssislər Xəzər suitisinin bu dənizdə yeganə suiti növü olduğunu bildirib. Heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılmasını, həmçinin ərazidən torpaq və su nümunələrinin analizinin aparılmasını planlaşdırıb.

Qeyd edək ki,  Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında Xəzər suitilərini nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.

Şərhlər bağlıdır.