Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Veysəl Qarani, yaxud xalq arasında Veyis Baba kimi tanınan şəxs kimdir?

Dünyanın 11 ölkəsində onun türbəsi mövcuddur

Vesəl   Qaraninin  qısa  həyat  tarixi

Veysəl Qarani islam dünyasının çox böyük simalarından biridir. Sağlığında cənnət ilə müjdələnmiş,mistik,filosof,vəli,zahid və övliya məqamına ucalaraq təkamül tapmış mübarək abidə şəxsiyyət ,din böyüyüdür. Məhəmməd Peyğəmbəri görmədən ilahi təcəllilərə nail olmuşdur, həqiqət  ilə qovuşmuşdur.Bu- asanlıqla çatması qeyri mümkün olan ,hər adama nəsib olmayan olduqca uca bir məqamdır.

Hazırda Azərbaycan ellərində  Veyis Baba adlanan  Həzrəti  Uveys ibn –Amir ibn Cəzz ibn Malik ibn Murad və ya qısaca-Veysəl Qarani (bundan sonra VQ yazılacaq)   ( 594-657cü il ) Yəmən ölkəsinin Qarni vilayətində Murad tayfasının Qarani qəbiləsindən olan türk əsilli  ailədə anadan olmuşdur.  4 yaşında ikən atasını itirmiş və ailədə  anası ilə kimsəsiz qalmışdır.Sonralar qoca anasının  əlləri və ayaqları iflic, gözləri kor olaraq şikəst, müstər vəziyyətə düşmüşdür. Anasına son dərəcə bağlı bir oğul imiş.Ona görə də VQ uşaqlıqdan kəndin dəvələrini  güdər,buna görə bəzən bir axşam yeməi yeyər,kim nə  versə , onu  götürər, kasıblardan pul almaz,son dərəcədə   kasıb olmasına baxmayaraq,onsuz da az miqdarda olan qazancının yarısını da yoxsullara,fəqirlərə paylayardı.

VQ uşaqlıqdan xəstələnib , və bu xəstəlikdən sağ ovcunda  və sol yanında bir dirhəm boyda qeyri adi bir ağlıq qalıbdır.O , həm də çox tüklü bir insan idi. VQ el-obadan kənarda , camaatın çox olduğu yerdən  uzaqlarda, heç kimlə söhbət etmədən ,camaatın yediyini yeməyən,sevinc,kədər və əylənməyin  nə  olduğunu bilmədən ,camaat ağlayanda gülən, güləndə ağlayan,saç-saqqalı bir-birinə qarışmış, dünyəvi işlərdən iraq,ehtiyacsız  və dərvişanə tərzdə yaşayan,olduqca kasıb,sadə,sadəlövh və  fərqli bir insan idi.

O,Peyğəmbərimizin dövründə yaşayıb,həmin dövrdə də islamı qəbul etmişdir. Peyğəmbərimizi sidq ürəklə sevən ,onun aşiqi olan milyonların  birincilərindəndir.  O, iki dəfə yaşadıığı Yəməndən Mədinəyə    Peyğəmbərimizin görüşünə getmiş,əfsus ki,   Peyğəmbər Təbuk səfərində olduğuna görə onu görə bilməmişdir. Anasının xəstəliyi səbəbindən çox gözləyə bilməyib geri qayıtmışdır. Amma onun ruhu Peyğəmbərimizin ruhu ilə görüşübdür  və  Peyğəmbərimiz tərəfindən ruhi  tərbiyə , feyz və irşad almışdır. Hz Ömər və Hz Əli gedib VQ –ni tapıb ,onunla  görüşüb, onu öpüb ziyarət edib və söyləyiblər: ”Peyğəmbərimiz sənə salam göndərdi, öz əbasını sənə verməyi vəs etdi və İslam ümməti üçün dua etməyi səndən istədi”.Hətta  İslam tarixinin ən böyük iki rəşid xəlifəsi  Hz Ömər və Hz Əli belə VQ-dən özləri üçün Allaha ayrıca dua etməyi diləyiblər.

 

Vesəl   Qaraninin  fəzilətləri

  1. Təkəbbürdən xali ,təvazödən hali xisləti var idi.
  2. Hz.Ömərin ölümünü qeybi səs vasitəsilə öncədən xəbər veribdi.
  3. Bəzən yolda pul tapanda,yəqin kimindirsə, gəlib tapar ,deyə götürməzdi.
  4. Allahdan ona qeybi səslər gələrdi,ruhu vasitəsi ilə insanların ruhunu tanıyardı.
  5. Ayələr oxuyarkən bismillah çəkər,hıçqıraqla ağlayar, cuşə gələr ,qeybi səslər  eşidər və hüşunu itirəcək məqama çatardı.
  6. Onunla hüzur və sükunət tapılardı.Bu halət Allahdan başqa çox-çox az sayda insanlara qismət olan fitrətdir.   7.  Heç kimi incitməz ,heç kimdən inciməzdi.
  7. Səcdə gecələrində sabaha qədər başını səcdədən qaldırmaz,qiyam gecələrində sabaha qədər ayaq üstə , ruku gecələrində isə sabaha qədər ruku halında durardı.
  8. Peyğəmbərimizin vəsiyyəti ilə ona çatdırılan mübarək Peyğəmbər əbasını geyinərdi.    10 . Hətta Hz.Ömər və Hz. Əli də VQ-dən ədəb öyrənərdi. 

11 . Peyğəmbərimizin dişlərinin sındırıldığına  görə ,onunla həmhal olmaq  üçün  özünün bütün dişlərini çıxartmışdır.

 

Veysəl  Qaraninin   münacatlarından…

  1. İmanınızı qəbrə qədər qoruyun. 2. Mən həmişə qiyamət günü üçün hazırlıqla məşğulam.

3 .Ölümü yatanda yastığın altında bil,oyananda gözünün önünə gətir.

  1. 4. Günahın kiçikliyinə baxma ,qarşısında günah işlətdiyin Allahın böyüklüyünə bax.
  2. 5. Allahı bilirsənsə,başqa bir şeyi bilməyinə gərək yoxdur.
  3. Quranda göstərilən doğru yola möhkəm yapış , öz qövmünə də nəsihət ver.

7 . Möminlər bir –birini görməsələr də,  ruhları  bir-birini tanıyırlar.

  1. Namaz qılan xüsusi huşi halda olmalı,yəni bədəninə iynə batsa da,fərqində olmamalıdır.
  2. Kim Allahı tanıyarsa,arifi billah olar,artıq ona heç bir şey gizli qalmaz.
  3. 10. Əgər Allahın haqqında tam əmin elmə sahıb deyilsənsə,ona yer və göy əhli qədər ibadət etsən də , qəbul olunmaz. Bu elmə sahıblik isə – Allahın sənin üçün seçdiyi hər şeyə könuldən razı olmaqdır. Allah səni bilirsə, başqasının bilməsinə gərək yoxdur.
  4. Mənim işim öz nəfsimlədir,bundan əl çəkə bilmərəm.
  5. 13. Allahım,sənsən — Mənəm : Axtardım    —–    Tapdım:

Kamil       —–  Cahil                                       Ucalığı         ——   Təvazödə

Yaradan     —- Yaradılan                               Bəyliyi           ——   Xeyirxahlıqda

Diri             —-  Ölü                                        Kişiliyi           ——   Doğruluqda

Şəfa verən —-  Xəstə                                    Şöhrəti           ——  Fəqirlikdə

Əmin olan   —-  Müti                                      Nəsibi            —–  Təqvada

Verən        —–  Diləyən                                Rahatlığı         —–   Zöhddə

Baqi           —-  Fani                                      Başçılığı         —-    Nəsihətdə

Əfv edən    —- Günahkar                              Zənginliyi         —–  Təvəkküldə

 

Peyğəmbərimiz  Veysəl  Qarani  haqqında

  1. Rəhmanın nəfəsini ,cənnətin iyini Yəmən tərəflərdən ,yəni Yəməndəki  VQ-dən hiss edirəm.
  2. VQ – Yəmənin parlaq ulduzudur.
  3. VQ- boş söz söyləməyən bir adamdır.
  4. 4. Məni görməyib iman gətirənlərin içərisində səhabəyə tabiunların ən xeyirlisi Uveys adlı bir adamdır. Kim onunla qarşılaşsa,özü üçün Allahdan günahlarının bağışlanmasını dua etməyi diləsin.O, Allahdan nə istəsə, yerinə yetirilər.
  5. VQ – qiyamət günü Rabiə və Mudar qəbilələrinin qoyunlarının tükləri qədər insana şəfaət edəcək. 6. VQ – Peyğəmbərimizin mədh etdiyi azsaylı şəxsiyyətlərdən biridir.
  6. VQ -yüksək iman sahibidir,ey həzrəti Ömər və həzrəti Əli ,VQ ilə görüşmək sizə qismət olacaq,görüşəndə ona mənim salamımı söyləyin və ümmətimə dua etməsini diləyin.
  7. VQ – şəfaət etmə dərəcəsində xüsusi üstünlüyə sahibdir.
  8. Peyğəmbərimizin vəfatı yaxınlaşdıqda ,o, öz xirqeyi-şərifini (əbasını) VQ-yə verilməsini vəs edir.
  9. VQ – 40 ərmişinlərin (könül ərinin) rəhbəri, gizli günəşdir.
  10. 11. Bu əba əsrlər boyu qorunub saxlanmış və  1618- ci ildə Osmanlı padşahı Sultan 2-ci Osman Xana bağışlanmışdır.Sultan Abdulməcid  Xan isə bu əba  üçün Türkiyədə Fatih yaxınlığında  “Xirqeyi –şərif” adlı məscid tikdirmişdi. Həmin xirqə bu məsciddə bu gün də qorunur və hər il  Ramazan ayında  xalqın ziyarəti üçün nümayiş olunur.

 

Qəbri

Bir çox xalqlar öz məşhur şəxsiyyətlərinə sevgisini göstərmək və onların  nəşini qorumaq   məqsədilə,onların qəbirlərini çoxaldırlar. VQ-nin qəbri  də hazırda  bu məqsədlə  bir neçə ölkənin bir neçə məkanında yerləşir. Bəzi tarixi mənbələr VQ-nin Hz. Əlinin  xilafəti dövründə (656-661-cu illər) Suriyada Siffin döyüşündə şəhid olduğunu və Rakka ərazisində dəfn olduğunu bildirir.Bəzi  mənbələr isə VQ-nin Hz.Ömərin xilafəti dövründə (634-644 –cü illər) ərəblərin Azərbaycana hərbi səfəri zamanı xəstələnərək öz əcəli ilə öldüyünü  və oradaca dəfn olunduğunu  bildirir. Adətən, islam dininin hərtərəfli yayılması məqsədilə ,islamın tanınmış şəxsiyyətləri  yeni fəth olunmuş yerlərə gedər və öz şəxsi söz,hərəkət, hal və həyat tərzi ilə islam dinini təbliğ  edərdilər. VQ  də Hz. Ömər dövründə Azərbaycana gələrək bu torpaqları şərəfləndirmişdir. Azərbaycanda ,xüsusilə,Şirvanda və Naxçıvanda  çoxlu tanınmış dindar, alim,şair,pir , övliya və digər Allah dostlarının yetişməsində, Allaha, onun Rəsuluna eşqin güclü bir ruh halına ucalmasında məhz VQ-nin mürşidliyi  təkzibolunmazdır.

VQ-nin Azərbaycanda ölümü və dəfni ilə bağlı tarixi məlumatlar Siffin və digər yerlərdəki məlumatlardan daha çox  mənbələrdə yazılır və daha ətraflıdır.Bu səbələr VQ-nin məhz Azərbaycanda  öldüyü  və dəfn olduğu ehtimalını daha çoxaldır. Azərbaycanda VQ-nin qəbrinin  əsrlərdən bəri ziyarət olunması xalqımızın qəlbində onun necə bir uca məqama sahib olduğunu bariz göstərir.

     VQ-nin əsas böyük türbələri aşağıdakı ölkələrdə yerləşir:

  1. Yəmən
  2. Suriya
  3. İran
  4. Səudiyyə Ərəbistanı
  5. Livan
  6. Hindistan
  7. Özbəkistan
  8. Qırğızıstan
  9. Tacikistan
  10. Türkiyə
  11. Azərbaycan-.Ağdaş rayonu Xınaxlı (köhnə Qaxay) kəndi və Qazax rayonu Aslanbəyli kəndi.

 

Veysilik  nədir?

Allah dostu ,Peyğəmbər aşiqi  VQ  öz həyatı,fəaliyyəti ilə özündən sonra Veysilik adlı böyük  və zəngin bir məktəb yaratmış oldu.Elə o vaxtdan hər hansı bir vəlinin və ya övliyanın ruhaniyyətindən təsirlənərək tərbiyə və irşad alanlara , VQ –nin adına uyğun olaraq, Veysilik deyilir.Bu fəaliyyət VQ ilə başlandı,bu yolun piri VQ-dir və sonralar  Veysilik sufilik məktəbinə çevrildi. Daha sonralar Veysilik sufi nəzəriyyəsi özü də 4 qola bölünmüşdür: 1.Peyğəmbərimizdən , 2.VQ-dən, 3.Xızır Nəbidən, 4.Başqa bir mürşiddən ilham alanlar.  Veysi yolla tərbiyə görüb,irşad alan,ilhama yetişib,feyziyab olanlar –dünyəvi işlərdən uzaq olur,xəlvəti həyat tərzinə keçir,ehtiyacsızlıqla yaşayır,daimi ibadət,səcdə yolunu seçir,Allah yolunda özündən keçir ,özünü fəda edirlər.

Peyğəmbərimiz öz əbasını nyə ən yaxın rəşid xəlifələrinə ,səhabələrinə deyil,məhz xəlvətə çəkilib , min bir əziyyətə qatlaşaraq onun yolunu davam etdirən VQ-yə vəs edir? Bu- ona işarətdir ki, gələcəkdə islam şəriətlə yox,təriqətlə yox,məhz mərifətlə daha geniş yayılıb , inkişaf edərək  təşəkkül tapacaq. Bu da ona işarətdir ki, Allaha, Haqqa  Peyğəmbər vasitəsi ilə yetişən  veyislər  röya,qeybi səs,fəhm, duyum, əyan olma və bu kimi təbii,fitri  yollar vasitəsi  ilə əsl ilahi haqqa, həqiqətə qovuşacaqlar və bəşər övladlarını  daha doğru-düzgün,fitnəsiz-yalansız,əminli-firavan həyat həqiqətlərinə qovuşduracaqlar.

VQ –nin  müqəddəs məzarını və məqamını ziyarət etməkdə,onun həyatını,şəxsiyyətini,Allaha,Peyğəmbərə,dinə və insanlara  saf sevgisini xatırlamaqda məqsəd- bu  qədim və zəngin tarixi,mədəni irsimizi tanımaq-tanıtmaq,sevmək-sevdirmək,onlardan ibrət götürməklə,  son nəticədə,bu kimi yollarla yeni imanlı,irfanlı,fəzilətli və kamil nəsillər yetişdirmək və saf ,altruist cəmiyyət təşəkkülünü təmin etməkdir.

Hər bir müsəlman olan kəs Rəbbini bir an belə unutmayan,Peyğəmbərinin sünnəsinə daim sadiq qalan,valideynlərinə ,ailəsinə , qövmünə,ümmətinə,millətinə, dövlətinə və rəhbərinə  sidq ürəklə bağlı olan,sadə,saf,saleh  veyislərdən biri ola bilmək duası, arzusu və səyi ilə yaşamalıdır.

 

Tərtib etdi:    

ETİBAR   ZAHİD   oğlu   ƏHMƏDOV

P.S. Müəllif Veysəl QARANI 2 dəfə yuxusunda görmüş, bundan sonra həyatını dəyişdiyini və xeyir tapdığını, yaşadığı Mingəçevir şəhərindən müqəddəs şəxsin Azərbaycandakı türbəsinə üç dəfə   piyada  ziyarətə  getdiyini iddia edir.                

 

Şərhlər bağlıdır.