Valeh Kərimov Mingəçevir teatında
Mayın 26-da Mingəçevir Dövlət Dram Teatrında respublikanın xalq artisti Valeh Kərimovun rejissorluğu ilə İsi Məlikzadənin “Gəl qohum olaq” tamaşası oynanılıb. Tamaşada həm də Ədalət rolunu ifa edən tanınmış aktyor Mingəçevirin gözəl təbiətindən, insanlarının qonaqpərvərliyindən danışıb: “Mən əvvəllər də Mingəçevirə gəlirdim. Ancaq bu dəfə buranın uzunmüddətli qonağı oldum. Mingəçevirin gözəl yaşıllıqları, gözoxşayan gözəllikləri, təmizliyi bir sözlə məni heyran etdi”.
Tamaşa maraqla qarşılanıb. Teatrın direktoru Səxavət Məmmədov, uzun illər bu teatrda çalışmış və hazırda təqaüddə olan Nisə Rzayeva və başqaları səhnəyə qalxaraq, Valeh Kərimovun və mingəçevirli aktrorları uğurlu ifalarına görə təbrik ediblər.
Şərhlər bağlıdır.