Cəmiyyət

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

Daha çox

Oxşar yazılar

Close