MədəniyyətMi-TVVideo

Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi sənədli film çəkib

Məktəbin müəllimləri Üzeyir bəyin yaratdığı obrazları canlandırdılar

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllim kollektivi 18 sentyabr – Milli Musiqi Günü münasibətilə sənədli film çəkib. Film dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətləri olan ictimai xadim Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə həsr olunub.
Sənədli filmin ərsəyə gəlməsində məktəbin müəllimləri iştirak edib. Onlar bəstəkarın əsərlərindən nümunələri ifa ediblər.
“Leyli və Məcnun” operasından –Xor (dirijor – Yeganə Umarova), “Sevgili Canan” romansı (İsa Müseyibov), “Arşın mal alan” operettasından Cahan xalanın mahnısı (Zülfiyyə Hacıyeva), “Telli və Vəlinin dueti” (Turanə Məmmədova və Polad Osmanov), “Əsgərin nəğməsi” (Səttar Orucov), “Süleymanın mahnısı” (Nicat Əhmədov), “Gülçöhrənin naləsi” (Pərvanə Soltanova) səslənib. İfaları isə Xəyalə Rüstəmova, Sevinc Xəlilova, Xəyalə Xəlilova və Sahilə Həsənova müşayiət edib.
Mötəbər tədbirlərdə öz dəsti-xətti ilə seçilən məktəbinin xalq çalğı alətləri orkestri “Koroğlu” operasından Uverturanı səsləndirib.

Regionda fəaliyyət göstərən Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin çəkdiyi sənədli film bir örnəkdir. Bu, Azərbaycan milli musiqisinin zəngin irsinin təbliği ilə yanaşı həm də məktəbin hesabatıdır.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close