Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaqların özlərini kəşf edə bilməsi üçün…

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi “Ailələrin Sosial Müdafiəsi” adlı layihəsinə başladı

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial Müdafiəsi” adlı layihəyə start verib. Əsas məqsəd aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Uşaqların özlərini kəşf edə, yaşadıqları problemlərin öhdəsindən gələ,  həyata daha pozitiv və real baxa, cəmiyyətdə özlərini qəbul etdirə bilməsinə, yaşam keyfiyyətlərini yüksəltməsinə nail olmaq üçün müxtəlif fəaliyyətlər həyata keçiriləcək.

3 ay davam edəcək layihənin hədəf qrupu Mingəçevir şəhərində yaşayan aztəminatlı ailələrin 6-13 yaş arası uşaqlarıdır. Onlar “Sosial əməkdaşlıq”, “Ailəmi sevirəm”, “İçimdəki istedad”, “Mənim doğma şəhərim”, “Birlikdə əylənək”, “Cəmiyyət və mən” adlı mövzular ətrafında  təlim və oyunlara cəlb olunacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.