Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbin müəllimi Zülfiyyə Hüseynovanın “Uşaqlar GÜLərsə” adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi.
Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bağlanış mərasimində Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşı Rauf Əliyev,Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbin direktoru Məhsəti İsmayılova, Ağcabədi rayon Minəxorlu kənd tam orta məktəbin direktoru Amil Məlikov, həmin məktəbin təşkilatçısı Sədaqət Qurbanova, layihə rəhbəri Zülfiyyə Hüseynova, layihənin eksperti Etiram Sadıqzadə, layihənin psixoloqu Məhbunə İbrahimli ümumi təhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.
Çıxış edənlər qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyət və mahiyyətindən danışıb. Zülfiyyə Hüseynova bildirib ki, layihənin məqsədi region gəncləri arasında təhsilin vacibliyi, təhsil həyatını doğru anlama, gələcək karyeraları üçün təhsildən yayınmama, öz iradələri çərçivəsində qərarlar vermək və o qərarlara uyğun hərəkət etməyi aşılamaq, onlara yeni biliklər öyrətmək və bu layihə iştirakçılarına erkən nikahla bağlı məlumatlar ötürmək, informasiya mübadiləsi aparmaq, təhsillərinə davam etmələrinə maneə törədəcək problemləri həll etməyə kömək göstərməkdən ibarət idi.
Daha sonra tədbir iştirakçıları ilə layihə çərçivəsində müxtəllif mövzular üzrə fikir mübadiləsi aparılıb. Sonda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, 3 ay davam edən layihə çərçivəsində təlimçi Aybəniz Hüseynova tərəfindən 6 təlim,mövzu ilə bağlı qisa flimlərə baxış və onların müzakirəsi həmçinin praktiki fəaliyyətlər həyata keçirilib.Psixoloq Məhbubə İbrahimli tərəfindən məktəblilərlə görüş və fərdi olaraq seanslar həyata keçirmişdir.
Şərhlər bağlıdır.