Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ümummilli Liderə həsr olunan müsabiqə-festivalda təmsil olunan MDU tələbələri ilə görüş keçirilib

13

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalında təmsil olunan Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilə görüş keçirilib.

Görüşdə Ulu Öndərə həsr olunan mötəbər festivalda universiteti uğurla təmsil etdiklərinə görə tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Tələbələr göstərilən diqqətə və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Sonra tələbələrə diplomlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, MDU tələbələrindən Elvin Nəsirov, Arzuman Həsənov və Səkinə Adıgözəlzadə festivalda fərqləndiklərinə görə, Türkan Qaffarova isə ikinci yeri tutduğuna görə müvafiq diplomlarla təltif edilib.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.