“Ulduzlar” qrupu “Nağıl” körpələr evinə “əlvida” dedi
Bu nünasibətlə “Nağıl”da mərasim keçirilib. Uşaqlar vətən, ana, müəllim və təhsilə aid şeirlər və mahnılar oxuyub, müxtəlif rəqs və səhnəciklərini təqdim ediblər. Bağçanın müdiri Svetlana Məcidova körpə fidanları təbrik edib: “Sizə məktəb illərində uğurlar diləyirəm. Vətənə layiqli övlad kimi yetişməyinizi arzu edirəm”.
Tədbirin təşkilatçıları Vəfa İbrahimova və İradə Hacıyeva, musiqi rəhbəri Gülab Mustafazadə, tərbiyəçi köməkçiləri Arifə Cəfərova və Elmira Hüseynova da balacarla sevinclərini bölüüşüblər.
Şərhlər bağlıdır.