Üç gün əvvəl sirkə turşusundan zəhərlənən Ağdaş sakini xəstəxanada ölüb
Martın 31-də sirkə turşusundan zəhərlənərək Mingəçevir şəhər xəstəxanasına yerləşdirilən 1966-cı il təvəllüdlü Ağdaş rayon sakini İbrahimov Xaləddin Məhəmməd oğlunun həyatını xilas etmək mümkün olmayıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, həkimlərin cəhdlərinə baxmayaraq, X.İbrahimov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.