“Türk dünyasının birliyində Heydər Əliyev amili”
CASCFEN yeni layihənin icrasına başlayıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb.
Bu barədə mi-news.az-a sözügedən İctimai Birliyin sədri Nadir Azəri məlumat verib.
Onun sözlərinə görə, 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılacaq “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır: “Yəni layihənin ideyasını Türk dünyasının dərin inteqrasiyasına, türk dövlətləri arasında birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması üçün müxtəlif tədbirlərin, o cümlədən Naxçıvanda (müəllim və tələbələr, o cümlədən QHT təmsilçiləri və millət vəkilləri iştirak edəcək, qardaş türk dövlətlərindən olan olan mütəxəssislərin isə mövzu ilə bağlı videoçıxışları təqdim ediləcək) və Bakıda (türk respublikalarının Bakıdakı diplomatik təmsilçiliklərinin nümayəndələri, Türk dünyası ilə bağlı beynəlxalq qurumların Bakıdakı nümayəndələri də dəvət ediləcək) müəllim və tələbələrin iştirakı, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin çıxışı, o cümlədən qardaş Türkiyədən bir mütəxəssisin birbaşa iştirakı, digər qardaş ölkələrdən olan mütəxəssislərin isə videoçıxışları təqdim ediləcək) beynəlxalq konfransın, həmçinin Azərbaycanda məktəblilər və gənclər arasında mövzu ilə bağlı rəsm müsabiqəsinin keçirilməsi, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk ölkələrindən olan mütəxəssislərin fikirləri əsasında 5 yazının hazırlanması təşkil edir. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan aparıcı şəxslərin, media təmsilçilərinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalənin Azərbaycanın bir neçə aparıcı internet resurslarında, həmçinin, həmin məqalələrin bir neçəsinin də qardaş ölkələrin internet resurslarında dərci nəzərdə tutulub”.
N.Azəri daha sonra bunları bildirib: “Layihə çərçivəsində keçirməyi nəzərdə tutduğumuz konfranslarla bağlı artıq ilkin razılıqlar da almışıq. Belə ki, Orta Asiya respublikalarından olan bir neçə mütəxəssis artıq konfranslara videoçıxışlar göndərəcəklərini bildiriblər. Eyni zamanda ötən ay səfərdə olduğum qardaş Türkiyənin Anadolu və Eskişehir Osmangazi Universitetlərinin rektoruları ilə də şəxsən görüşdüm. Anadolu Universitetinn rektoru Prof. Dr. Fuat Erdal konfransda iştirak dəvətimizi müsbət dəyərləndirdi. Eskişehir Osmangazi Universitetinin rektoru rektoru, Prof. Dr. Kamil Çolakla görüşümüzdə də Naxçıvan və Bakı konfranslarında Eskişehir Osmangazi Universitetindən də professor-müəllim heyətindən videoçıxışçıların olması arzusunu dilə gətirdik. Cənab rektor da bunu müsbət qarşladı və hazırlıq üçün müvafiq addımların atılacağını dedi. Bir sözlə həm layihənin, həm də layihə çərçivəsindəki konfransların yüksək səviyyədə keçməsi üçün ötən aydan etibarən mühüm addımlar atmaqdayıq”.
Şərhlər bağlıdır.