2022-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün Mingəçevir şəhərində fəaliyyət göstərən “Ağsaray Delux Hotel”də praktiki məşğələ keçirilib.
Məşğələ “Mehmanxana fəaliyyətinin texnologiyası” fənni çərçivəsində tədris edilən “Otellərin və otel nömrələrinin təsnifatı, qonaqların qəbulu və xidmətin göstərilməsi” mövzusunda olub. Fənn müəllimi Lalə Əhmədova və otelin müvafiq əməkdaşlarının müşayiəti ilə tələbələr otelin fəaliyyəti ilə yaxından tanış olub, müştərilərin qarşılanması və qəbulu, restoran, əyləncə məkanları, idman zalları və digər bölmələrdə xidmətlərin aparılması barədə ətraflı məlumatlandırlıblar.
Maraqla qarşılanan məşğələdə tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, MDU-da tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif formatlı ekskursiya və praktiki məşğələlərin təşkilinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.