2022-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə 219 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 4 ev və ya 1,9 faiz çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 26023,2 kv.metr, yaşayış sahəsi isə 12127,9 kv.metrdir. 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 6,5 faiz və ya 1808,4 kv.metr, yaşayış sahəsi isə 9,5 faiz və ya 1279,0 kv.metr azdır. 2022-ci ilin yanvar-dekabr aylarında istifadəyə verilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyəri 11788,5 min manatdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyərindən 7509,4 min manat və ya 284 dəfə çoxdur.
Diaqramda 2022-ci ilin yanvar-dekabr ayları əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəriciləri əvvəlki illərin müvafiq dövrü ilə müqayisəsi verilmişdir.
2022-ci ilin yanvar-dekabr aylarında 43326,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 29852,7 min manatı və ya 68,9 faizi dövlət, 13473,5 min manatı və ya 31,1 faizi isə qeyri-dövlət sektorunun payına düşür.
2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə əsas kapitala cəmi 72995,5 min manat investisiya yönəldilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Cəmi investisiyanın 54076,5 min manatı və ya 74,1 faizi dövlət, 18919,0 min manatı və ya 25,9 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir.
2022-ci ilin yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 57025,1 min manat investisiya qoyulmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.
2022-ci ilin yanvar-dekabr ayları ərzində əsas kapitala yönəldilmiş investisiyaların və ondan tikinti-quraşdırma işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsini qrafikdən görmək olar.
İlkin hesablamalara görə 2022-ci ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən podratçı təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 18073,2 min manat olmuşdur ki, bu da 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 6463,8 min manat və ya 55,7 faiz çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 11,3 faizi və ya 2045,3 min manatı dövlət mülkiyyətində, 88,7 faizi və ya 16027,9 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 2022-ci ilin yanvar-dekabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 5587,2 min manatı və ya 30,9 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi, 2902,8 min manatı və ya 16,1 faizi əsaslı təmir işləri, 7666,8 min manatı və ya 42,4 faizi cari təmir işləri, 1916,4 min manatı və ya 10,6 faizi isə sair işlərdir.
Şərhlər bağlıdır.