Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sənayenin əsas göstəriciləri

2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələrinin fəaliyyəti barədə

44

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir.

Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, tikinti materiallarının istehsalı sahələri təşkil edir.

2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natural ifadəsində) həcmi keçən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indekslərinin hesablanması yolu ilə alınmış ümumi indeksi tətbiq edildikdən sonra artım tempi 84,0 faiz təşkil etmişdir. Cari ilin yanvar-dekabr aylarında sənaye müəssisələrində 292780,8 min manatlıq məhsul istehsal edilmişdir.

Malların istehsalı və xidmətlərin göstərilməsi

2022-ci ilin yanvar-dekabr aylarında cəmi yüklənmiş malların həcmi, min manatla

2023-cü ilin 01 yanvar vəziyyətinə hazır məhsulun qalıqları, min manatla

hesabat

dövrünün əvvəlindən, min manatla

İlin əvvəlindən artım sürəti, faizlə
Mədənçıxarma sənayesi

Emal sənayesi

36989,6

113,1 37128,6

713,9

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

251232,3

81,9 251257,4

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

4558,9

99,0 4558,9

 

2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə istehsal edilmiş sənaye məhsulunun 251232,3 min manatı və ya 85,8 faizi elektrik enerjisinin istehsalı, onun ötürülməsi və bölüşdürülməsinin payına düşmüşdür. Belə ki, hesabat dövründə əmtəəlik 4607,37 milyon kVt. saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 18,1 faiz və ya 1021,39 milyon kVt. saat azdır.

Cari ilin yanvar-dekabr aylarında şəhərdə əmtəəlik 17,08 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 3,79 min Qkal azdır.

Sifarişçilərə 2022-ci ilin yanvar-dekabr aylarında sənaye müəssisələrinin özünün istehsalı olan və əvvəlki illərin hazır məhsullarının qalıqları da daxil olmaqla 292944,9 min manatlıq məhsul göndərilmişdir.

2023-cü il yanvar ayının 1-i vəziyyətinə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələrinin anbarlarında 713,9 min manatlıq məhsulların qalığı mövcud olmuşdur.

Şərhlər bağlıdır.