Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bitkinin məskəni hesab edilir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir. Tikanlı olduğundan əksər insanlar ondan uzaq dursalar da, dadını, xeyirli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyirlər. Qanqal yeyən zaman urək, qaraciyər, ən əsası isə böyrək xəstəliyindən əziyyət çəkənlər şəfa tapır. Elə bunu nəzərə alan Yevlax sakinləri də bitkini toplayıb, yol kənarında satırlar. Qanqal satanlar deyir ki, yığımı əziyyətli olsa da, bitkinin insan orqanizminə xeyri çoxdur. Rayon sakinləri qanqalın 4-6 ədədindən bir dəstə bağlayıb, 50 qəpikdən 1 manata qədər məbləğdə təklif edirlər.
Qanqal əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq, qovrulur və istifadə edilir.
Şərhlər bağlıdır.