Texnologiya və təhlükəsizlik
OpenAI şirkəti yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün çat-bota yeni nəzarət mexanizmləri gətirir
“ChatGPT” neyroşəbəkəsinin sahibi OpenAI şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır. Bu barədə məlumat şirkətin rəsmi saytında yayımlanıb.
Yeni funksiya valideynlərə övladlarının “ChatGPT”dən necə istifadə etdikləri barədə məlumat əldə etməyə imkan verəcək. Bundan əlavə, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi şəxsin əlaqə nömrəsini əlavə edə biləcək.
Qeyd edək ki, bu qərar ABŞ-da baş verən tragediya fonunda verilib. Kaliforniyada 16 yaşlı bir yeniyetmə “ChatGPT” ilə intihar planlarını bölüşdükdən sonra vəfat edib. Valideynlərin iddiasına görə, çat-bot onunla söhbəti dayandırmayıb və mövzu ilə bağlı məlumat verib. Nəticədə, yeniyetmənin valideynləri OpenAI şirkətini məhkəməyə verərək övladlarının ölümündə günahlandırıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.