Texniki Humanitar Liseydə Zəfər yürüşü
Liseydə şəhidlərin adlarının siniflərə verilməsi ilə bağlı mərasim də keçirilib
8 noyabr 2023-cü ildə Mingəçevir şəhər R. Muradov Texniki Humanitar Liseydə Zəfər yürüşü keçirilib. Mingəçevir şəhidlərinin adları qürurla çəkildikdən sonra ibtidai sinif şagirdlərinin yürüşü baş tutub. Şagirdlər böyük fəxarətlə tribunanın qarşısından keçiblər.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında mahnılar səslənib, kompozisiya nümayiş olunub, xatirə şəkilləri çəkilib.
Bədii hissədən sonra Şəhidlərin adlarının siniflərə verilməsi ilə bağlı mərasim keçirilib. Sonra qonaqlar liseyin “Zəfərə gedən yol” guşəsində şagirdlərin, müəllim və valideynlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər şöbəsinin sədri Bəxtiyar Mustafayev, Mingəçevir Təhsil Sektorunun müdiri Sevinc Həsənova, şəhid ailələri, qazilər, məktəb direktorları və media nümayəndələri qatılıblar.
Şərhlər bağlıdır.