Texniki Humanitar Liseydə STEAM Festivalı
Altı bölmədən ibarət sərgidə məktəblilər hazırladıqları məhsulları və layihələri təqdim edib, robot və leqoları nümayiş etdiriblər
Mayın 13-də Mingəçevirdəki Texniki Humanitar Liseydə STEAM Festivalı keçirilib. Liseyin şagirdləri tədbirə gələnləri vətənpərvərlik mövzusunda mahnılarla qarşılayıblar. Onların maraqlı kompozisiyaları və yeni texnologiyanı əks etdirən rəqs nömrələri əksəriyyətin diqqətini çəkib.
Bundan sonra festivalın əsas hissəsi olan sərgiyə baxış olub. Altı bölmədən ibarət sərgidə məktəblilər hazırladıqları məhsulları və layihələri təqdim edib, robot və leqoları nümayiş etdiriblər. Festivalda müxtəlif yarış və oyunlar da təşkil olunub.
Bu barədə liseyin direktoru Nailə Məmmədova məlumat verib. O, bildirib ki, belə sərgi-festival ümumtəhsil məktəbləri arasında ilk dəfə keçirilib. N.Məmmədovanın sözlərinə görə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsi Elçin Kərimov, yerli təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, MDU-nun müəllim və tələbələri, valideynlər festival tədbirlərini izləyiblər.
Şərhlər bağlıdır.