Təqaüddə olan müəllimin 71 günlük səyahəti baş çatıb
71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib.
Təqaüdçü müəllim illərdir ki, şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir: “Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm”.
İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirib.
Şərhlər bağlıdır.