MingəçevirQHT

“Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 22 yanvar 2019-cu ildən “Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb. Layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak edir. Təlimin ilk günündə layihə iştirakçılarına yol hərəkəti qaydaları və ümumilikdə yollarda təhlükəsizliyi təmin edən müxtəlif yol nişanları haqqında məlumat verilib, sosial videoçarxlar göstərilib. Məqsəd gəncləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq və yollarda baş verə biləcək hallara qarşı hazırlıqlı etmək, onlarda yüksək yol mədəniyyətini formalaşdırmaqdır.

Təlim çərçivəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəaları izah olunub.

Üç günlük təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.

Layihənin rəhbəri Aytac Abdullayevadır.

Tag
Daha çox

Oxşar yazılar

Close