Təcili yardım avtomobili Mingəçevirdə qəzaya düşüb, xəsarət alanlar var
Ağdaşdan Mingəçevirə xəstə gətirən təcili yardım avtomobili qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.