Təhsili evdən məktəbə necə qaytara bilərik?
Kanal S-də, "Zamaninda" proqramında "Valideynlerin mekteb idarechiliyinde rolu"nu müzakirə etdik.
Təhsil elə sahədir ki, harda yaşamağımızdan, hansı peşədə çalışmağımızdan asılı olmayaraq, laqeyd qala bilmərik. Xüsusən son illərdə məktəbin evlərə köçməsi, valideynlərin təhsil ocağına deyil, fərdi repetitorlara önəm verməsi və sonda məktəbin imicinin itməsi çox ağrılı haldır. Bəs nə etməli? Bu məqsədlə mayın 23-də Kanal S-də “Valideynlərin məktəb idarəçiliyində rolu” barədə müzakirə apardıq, orta məktəb təhsilinin problemləri və çıxış yolları barədə fikirlərimizi bölüşdük.
Şərhlər bağlıdır.