Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi layihələr kateqoriyasında  “Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşdırılması üçün təlimlər” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi layihələr kateqoriyasında  “Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşdırılması üçün təlimlər” layihəsinin təqdimatı keçirilib.
Təqdimat Yevlax rayon Hürüuşağı kənd tam orta məktəbdə baş tutan təqdimatda məktəbin direktoru İsmayılov Elgün  və müəllim kollektivi iştirak ediblər.
Layihənin rəhbəri Pərvanə Tahirova layihənin məqsədi və icra planı haqqında geniş məlumat verərək, şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşmasının vacib amillərdən biri olduğunu qeyd edib. Layihə müddətində bu problemin aradan qaldırılması istiqmətində keçiriləcək təlimlərin vacibliyini diqqətə çatdırıb.
  Qeyd edək ki layihənin facebook səhifəsində icra prossesi  eyni adlı – kodlaşdırmavəkompütermühəndisliyi vasitəsi ilə ictimaiyyətə veriləcək.

Şərhlər bağlıdır.