Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirilir

64

Mingəçevir Dövlət Universitetində “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində intellektual oyun yarışı və İctimai Nəzarət Komissiyasının (İOK) iclası keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan, Mingəçevir Dövlət Universiteti (MDU) və Universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrası mərhələli şəkildə davam edir. Layihə çərçivəsində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, Konstitusiya dəyərlərinin təbliği və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mahiyyətinin gənc nəsil tərəfindən daha dərindən dərk olunması məqsədilə növbəti fəaliyyətlər təşkil edilib.

Layihənin tədbirlər proqramına uyğun olaraq, layihədə iştirak edən gənclər arasında intellektual oyun yarışı keçirilib. Yarışın sualları layihənin mövzu xəttini tam əhatə edib: Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçilik və suverenlik anlayışları, milli-mənəvi dəyərlər, 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, tarixi Zəfərin siyasi-hüquqi və milli əhəmiyyəti, həmçinin qəhrəmanlıq salnaməsində önəmli məqamlar iştirakçıların bilik və dünyagörüşü müstəvisində yoxlanılıb. Yarış gənclərin həm biliklərini möhkəmləndirməsinə, həm də komanda işi, sürətli qərarvermə və sağlam rəqabət mühitində özünüifadə bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb.

Tədbirin interaktiv formatda təşkili gənclərin fəal iştirakını təmin edib, sual-cavab və müzakirələr vasitəsilə mövzu üzrə anlayışların daha da dərinləşməsinə şərait yaradıb. Yarışın sonunda nəticələr elan olunub, fəal komanda və iştirakçılar təşəkkürlə qeyd edilib.

Eyni zamanda layihənin icrasının şəffaflığının, məqsədyönlü və planlı formada aparılmasının təmin edilməsi məqsədilə İctimai Nəzarət Komissiyasının (İOK) iclası da keçirilib. İOK iclasında layihənin cari mərhələdə görülmüş işləri, tədbirlərin icra planına uyğunluğu, iştirakçıların fəallığı, əldə olunan ilkin nəticələr və növbəti mərhələdə nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. Komissiya tərəfindən tədbirlərin keyfiyyət göstəriciləri, mövzuların düzgün seçimi, metodiki yanaşmanın səmərəliliyi və gənclərin layihə məqsədlərinə uyğun istiqamətdə maariflənməsi məsələlərinə xüsusi diqqət yetirilib.

“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi Azərbaycan Respublikasının dövlət suverenliyinin möhkəmləndirilməsi, Konstitusiya dəyərlərinin gənclər arasında təbliği, eləcə də 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin mahiyyətinin və milli əhəmiyyətinin gənc nəsil tərəfindən daha dərindən dərk olunması məqsədini daşıyır. Layihə çərçivəsində gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlətçilik düşüncəsinin formalaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi əsas prioritetlər sırasındadır.

“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirlir
“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirlir
“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirlir
“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirlir
“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirlir

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.