Şuşaya rahat səyahət: Mingəçevirdən müntəzəm avtobus reysi fəaliyyətə başlayır
İşğaldan azad edilmiş ərazilərə gediş-gəliş asanlaşır: yeni avtobus xətti və onlayn bilet satışı başlayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 fevral tarixindən etibarən Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verəcək. Bu addım “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Yeni marşrut üzrə avtobuslar hər gün saat 08:00-da Mingəçevir Avtovağzalından, saat 16:00-da isə Şuşadan Mingəçevirə yola düşəcək.
Bilet qiymətləri aşağıdakı kimidir:
- Mingəçevir – Şuşa: 5,50 manat
- Mingəçevir – Xocalı (aralıq məntəqəsi): 4,50 manat
- Mingəçevir – Xankəndi (aralıq məntəqəsi): 5 manat
Biletlər yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə edilə bilər.
Diqqət! İşğaldan azad olunmuş ərazilərə giriş üçün buraxılış qaydalarına uyğun olaraq müvafiq icazələrin təqdim edilməsi tələb olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.