Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şura iclasında 4 məsələ müzakirə olundu

Noyabrın 21-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İH başçısı İlham İsmayılov öncə Mingəçevir şəhərinə yeni təyin olunan prokuror Camalov Elmar Heybət oğlunu və polis rəisi Qasımov Hikmət Ağababa oğlunu ictimaiyyət nümayəndələrinə təqdim edib.

İclasda İHB-nın müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri  Məhluqə Cavadova Mingəçevir şəhərinin 2019-cu ilin 9 ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr, eyni zamanda şəhər təsərrüfatının, müəssisə, idarə və təşkilatların payız-qış mövsümünə hazırlıq vəziyyəti barədə məruzə edib.

“Mingəçevir Gənclər evi” Sosial Xidmət Müəssisəsində gənclər və gənclər təşklatları ilə aparılan işlərin vəziyyəti barədə müəssisənin direktoru Tural Kərimov hesabat verib.

Şura iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış ezrə Dövlət Xidmətinin şəhər şöbəsində uçota alınmış çağırışçıların çağırış məntəqəsinə təhkim edilməsi, hərbi həkim komissiyasından keçirilməsi və hərbi hissələrə yola salınmasının vəziyyəti də müzakirə edilib.

“Mingəçevir işıqları” qəzetinin 26 noyabr 2019-cu ildə çap olunacaq buraxılışında  iclasda qaldırılan məsələlərlə bağlı ətraflı məlumat veriləcək.

Şərhlər bağlıdır.