Mingəçevirdə strateji əhəmiyyətli körpü niyə qorunmur?
Mingəçevir səhərindəki A.Məmmədov küçəsi, 7a, mənzil 57-də yaşayan, 2005-ci il təvəllüdlü Ataşova Gülşən Azər qızı Texniki Humanitar Liseyin 9-cu sinif şağirdidir. O, iyunun 6-da, səhər saat 6.10-da Kür çayının üstündəki körpüdən özünü suya atıb. “Asan Xidmət”də vəzifəsini yerinə yetirən Mingəçevir şəhər Mühafizə şöbəsinin əməkdaşı Aslanov Elşad İsa oğlu hadisəni görən kimi elə xidməti paltarında suya atılaraq, qızı xilas edib. Xoşbəxtlikdən zamanında yetişən mühafizəçinin köməyi nəticəsində özünə qəsd etmək istəyən yeniyetmə sağ qalıb. Başqa cür də ola bilərdi.
Olayla bağlı fərqli fikirlər səslənsə də, təfərrüatını və dəqiq məlumatı araşdırmaq istintaq orqanlarının işidir. Bizi narahat edən isə başqa məsələdir. Kür çayı Mingəçeviri iki hissəyə bölür. Sağ sahillə sol sahili birləşdirən, həm şəhər, həm də respublika üçün strateji əhəmiyyət daşıyan bu körpünün xidməti və rolu danılmazdır. Lakin son vaxtlara kimi məsuliyyətlə qorunan körpü indi diqqətdən kənarda qalıb. Onun mühafizəsiz qalması isə heç bir məntiqə sığmır.
Körpünün başlanğıcında Mühafizə şöbəsinin əməkdaşları üçün qoyulan məntəqənin boş qalması körpünün qorunmadığından xəbər verir. Bu isə o deməkdir ki, körpüdə baş verə biləcək bədbəxt hadisələrdən heç kim sığortalanmayıb. Hətta Gülşən Ataşova da. Sadəcə o, yaxınlıqdakı obyektdə çalışan mühafizəçinin diqqəti və insanpərvərliyi hesabına xilas olub.
Yeri gəlmişkən, son illərdə Kürün körpüsü üzərində intiharlar barədə məlumatları çox eşitmişik. Eyni zamanda körpüdə qəza vəziyyətlərinin yaranması halları da müşahidə edilməkdədir. Həm də kim zamin ola bilər ki, düşmən qüvvələr bu strateji əhəmiyyətli obyekti partlatmaq, insanlarımıza və iqtisadiyyatımıza ziyan vurmaq barədə fikirləşmirlər? Buna görə də əlaqədar qurumlar körpünün bütün sutka ərzində peşəkar səviyyədə mühafizəsini təşkil etməlidirlər.
Şərhlər bağlıdır.