Bizimlə həyatınız həmişə işıqlı olacaq!

STP yeni təcrübə proqramına başlayıb

232

Sumqayıt Texnologiyalar Parkı gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirdir. “Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşlı gənclərin ixtisas/peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə  iştirakçılara peşə yolunda ilk təcrübələrinin Azərbaycanın istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etməyə imkan yaradır. Bundan savayı, fəaliyyəti zamanı xüsusi həvəs, bilik və bacarığı ilə seçilənlər müəssisədə iş fəaliyyətini davam etdirmək imkanını əldə edəcəklər.

Bu layihə STP-nin həyata keçirdiyi ilk təcrübə proqramı deyil. Bundan öncə də  anoloji layihələr həyata keçirilmişdir və hazırda yüzdən çox belə proqram iştirakçısı STP-də iş fəaliyyətinə davam edir. Bu cür layihələrlə STP həm bilikli və bacarıqlı  gəncləri öz fəaliyyətinə cəlb etmək, həmçinin istehsal sahəsində kadr  çatışmazlığının azalmasına töhfə verir. STP-nin təcrübə proqramlarında iştirak etmiş şəxslər rahatlıqla digər müəssisələrdə iş tapa bilirlər.

Layihədə orta məktəb, peşə ixtisası, lisey, kollec və ali təhsili olan gənclər müraciət edə bilər. İştirak etmək istəyən şəxslər təhsili təsdiq edən sənədlər (əgər varsa), iştirak etdiyi əlavə kurs və təlimləri təsdiq edən sənədləri (əgər varsa) və CV-lərini mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə cv@stp.az ünvanına 20 may 2020-ci il tarixinədək göndərməlidirlər. 20 may 2020-ci il tarixindən sonra göndərilən müraciətlər təcrübə proqramı üçün baxılmayacaq.

Qeyd edək ki, seçilmiş namizədlər Texnoparkda 6 ay işləyəcəklər və aylıq 300 azn xalis əməkhaqqı alacaqlar. Müəssisə 5 günlük iş qrafiki ilə çalışır. Zavod işçiləri 08:00-17:00, ofis işçiləri 09:00-18:00 saatlarda işləyirlər. İşçilər nahar və nəqliyyat xidməti ilə təmin edilir.

“Sənin Təcrübə  Proqramın” aşağıdakı vakansiyaları əhatə edir:

 

Təcrübə üzrə vakansiya Təhsil tələbi
1 Mühəndis avtomatik Ali
2 Mexanik Orta/ Peşə / Ali
3 Operator Orta/ Peşə / Ali
4 Avtomobil təmiri üzrə usta Orta/ Peşə / Ali
5 Elektrik montyoru Ali
6 İlməkçi / Fəhlə (Yükləyici) Orta/ Peşə / Ali
7 Laborant Ali
8 Polimer qaynaqçısı Orta/ Peşə / Ali
9 Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon) Orta/ Peşə / Ali
10 Quraşdırıcı çilingər Orta/ Peşə / Ali
11 Təmirçi çilingər Orta/ Peşə / Ali
12 Rəngsaz Orta/ Peşə / Ali
13 Qumlayıcı Orta/ Peşə / Ali
14 Hidravlik-çilingər Orta/ Peşə / Ali
15 Elektrik-çilingər Orta/ Peşə / Ali
16 Tornaçı Orta/ Peşə / Ali
17 Dülgər Orta/ Peşə / Ali
18 Qaz kəsicisi Orta/ Peşə / Ali

Rəşad ƏLİYEV, 

İctimaiyyətlə Əlaqələr üzrə Menecer, Brendinq Departamenti

Şərhlər bağlıdır.