“Əsrin dastanı” dastan yazan qəhrəmanlarımızı tanıdacaq
Gənclər Fondunun maliyyə dəstəyi və “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə “Əsrin dastanı” layihəsinə start verilib. Məqsəd bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətənə bağlılığının gücləndirilməsi və bundan gələcək nəsillərin də faydalanmasına şərait yaratmaqdır.
Layihə çərçivəsində Mingəçevir şəhərindən olan İkinci Qarabağ müharibəsi şəhidləri haqqında videoçarxlar çəkilərək, sosial şəbəkələr və internet portalları üzərindən insanlara, əsasən də gənclərə çatdırılacaq. Videoçarxların çəkilişində gənclərin iştirakçılığının təmin emək, layihənin nəticəsi olaraq çəkiləcək videoçarxlardan gənclərlə yanaşı digər yaş qruplarından olan şəxslərin də faydalanmasına nail olmaq qarşıya qoyulub.
Oktyabr ayından start verilən layihə çərçivəsində il sonuna qədər 15 şəhidimiz haqqında video məlumatın hazırlanması nəzərdə tutulub.
Şərhlər bağlıdır.