“Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu başlandı
“Education HUB” Bərdə və Mingəçevir şəhərlərində yaşayan 18-29 yaşlı gənc xanımlar üçün “Sosial Sahibkarlıq Laboratoriyası” (SSL) mövzusunda təlimlər keçirəcək. “Sosial Sahibkarlıq Laboratoriyası”nın əsas məqsədi gənc qadınlar arasında sahibkarlıq biliklərini inkişaf etdirmək, kiçik biznes vasitəsilə qadınların icmada fəallığını artırmaq, biznesdə sosial komponentin tətbiqini və habelə regionlarda qadın sahibkarlığını təşviq etməkdir. Təlimlər zamanı gənc xanımlar biznes planın hazırlanmasını öyrənəcək, yerli və beynəlxalq təcrübələrdən yararlanacaq və mentor dəstəyi alacaqlar.
Bir neçə mərhələdən ibarət olan Proqram zamanı gənc qadınlar Bərdə və ya Mingəçevir şəhərlərində keçiriləcək 6 həftəlik təlim məşgələlərində iştirak edəcək, Bakı şəhərində təşkil olunacaq təcrübə səfəri və biznes qurumlarından dəvət olunan mütəxəssislərin təqdimatları daxil olmaqla Təcrübə klinikasında iştirak edəcək, öz biznes layihələrini hazırlayıb təqdim edəcəklər. Yalnız münsiflər tərəfindən yüksək dəyərləndirilmiş təşəbbüslər dəstəklənəcək.
Ərizələrin son qəbulu tarixi – 15 noyabr, 2018-ci il
Proqramda iştirak linki əlavədədir:
https://docs.google.com/forms/d/e/1FAIpQLScT9xT9Xmd1LdEu3Pf8YtSIm8bD5m-AnWTsCc81WUCJmIeaUg/viewform
Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Şərhlər bağlıdır.