Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Son günlər Mingəçevirdə ölü quşlar müşahidə olunur

Bir neçə gündür ki, Mingəçevirin müxtəlif ərazilərində ölü quşlara rast gəlirik. Belə ki, təkcə fevralın 25-də Mərkəzi şəhər xəstəxanasının həyətində 3 müxtəlif  ölü quş müşahidə edilib. Şəhər sakinləri deyirlər ki, mövcud ərazidə əvvəlki günlərdə də belə hadisənin şahidi olublar. Onların sözlərinə görə, şəhərin müxtəlif ərazilərində – bağ və parklarada quşların, xüsusən  çöl göyərçinləri və qarğaların kütləvi ölümü ilə rastlaşmaq mümkündür. Lakin Mingəçevir Baytarlıq idarəsinin rəisi Talıb Talıbov belə bir faktın omadığını bildirdi: “Olsaydı, bizə də müraciət edərdilər”.

Şərhlər bağlıdır.