Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şirvan şəhərində narkotik satışı ilə məşğul olan şəxslər həbs edildi

Şirvan şəhərində narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Əli Alcanov və Kamal Kərimov saxlanılıb.

Kamal Kərimovun üzərinə keçirilən baxış zamanı bir kibrit qutusunda qablaşdırılmış marixuana, idarə etdiyi avtomobildən isə 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən saxlanılan Əli Alcanovun üzərindən 7 qramdan artıq, idarə etdiyi nəqliyyat vasitəsindən isə 502 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslərin həbs olunduğu Şirvan Şəhər Polis Şöbəsində faktlarla bağlı cinayət işləri açılıb. Araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır.