Əsaslı təmirdən sonra Mingəçevirdəki 12 saylı məktəbə şagird axını artıb
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev və şəhər ictimayyətinin nümayəndələri 12 saylı məktəbə gəliblər. Onlar müxtəlif fənn kabinetləri, laboratoriyalar, idman və akt zalı, kompüter otağı, qız və oğlanlar üçün əmək təlimi otağı və mətbəxin müasir standartlara cavab verdiyinin şahidi olublar.
1970-cü ildən fəaliyyət göstərən 450 şagird yerlik məktəb ilk dəfədir ki, əsaslı təmir edilib. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılmış və təmirə ötən ilin sentyabr ayından başlanmışdı.
Mingəçevir Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyevin dediyinə görə, şəhərdə az sayda təmirsiz məktəb qalıb: “Son illər Mingəçevirdə 10 məktəbin binasında əsaslı təmir aparılıb. 4 məktəb üçün isə yeni bina tikilib”. Təhsil Nazirliyinin nümayəndəsi F.Qarayev isə bildirib ki, son 10 ildə Azərbaycanda 3 min yeni məktəb inşa edilib və əsaslı təmir olunub:
Təmirdən sonra 12 saylı məktəbə şagird axını artıb. 450 yerlik məktəbdə bu ildən 470 şagirdin təhsil alacağı gözlənilir.
Şərhlər bağlıdır.