Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni dərs ili qarşısında Mingəçevirdə nişanlanma xətləri və piyada zolaqları yeniləndi

Təhlükəsizlik tədbirləri çərçivəsində Mingəçevir şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Həmçinin, zərurət olan yerlərdə yeni piyada zolaqları salınıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumatda bildirilir ki, yenilənmə işləri DYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin əməkdaşları tərəfindən icra olunub..

Şərhlər bağlıdır.