AzərbaycanElm və təhsilMDUXəbərlər

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

    Bakı, 20 noyabr, AZƏRTAC

27 illik həsrətdən sonra Ağdam rayonunun erməni işğalından azad edilməsi müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində mümkün olub. Bu, 44 gün davam edən, Azərbaycanın tarixi qələbəsi və düşmən ölkənin faktiki kapitulyasiyası ilə başa çatan Vətən Müharəbəsindən sonra diplomatik müstəvidə qazandığımız növbəti zəfərin göstəricisidir. Bu gün Ağdamda dalğalanan şanlı bayrağımız hər birimizdə sonsuz fəxarət və sevinc hissi yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir” qeyd edilən sənədin xalqımızın milli maraqlarına tamamilə uyğunluğu arqumentini bir daha təsdiq etmiş oldu. Bu isə, işğal altında olan bütün ərazilərin əzmkar liderimizin güclü siyasi iradəsi nəticəsində əldə olunmuş razılaşma çərçivəsində geri qaytarılacağına böyük əminlik yaradır.

İnanırıq ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayon olan Ağdamın dirçəldilməsi və bərpa edilməsi istiqamətində görüləcək işlər bütövlükdə düşmən tapdağından azad olunmuş ərazilərin hərtərəfli inkişafında mühüm paya sahib olacaqdır. Sözlə ifadə olunması mümkün olmayan erməni vandallığı nəticəsində tamamilə dağıdılmış Ağdamın yenidən qurulması doğma Qarabağımızın incilərindən olan bu rayonda yeni dövrün başlanğıcını qoyacaqdır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close