“Samux vadisi”nə gələnlər polis şöbəsinə aparıldılar
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər.
Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
Şərhlər bağlıdır.