Samir Quliyev indidən sonra mətbuat xidmətində çalışacaq
Azərbaycan Televiziyasının Aran regional bürosunun əməkdaşı kimi çalışan Samir Quliyevə yeni vəzifə verilib. O, “Azərişıq” ASC-nin mətbuat xidmətinin yeni yaradılan regional ofisinin rəhbəri təyin olunub.
Samir Quliyev BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər müxtəlif mətbuat orqanlarında işləyib. 2003-cü ildən AzTV-nin Mingəçevir, Yevlax, Göyçay, Zərab, Ucar və Ağdaş bölgələri üzrə xüsusi müxbiri olub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl Qələm” mükafatını alıb. “Mənalı ömürlər”, “Ömürdən izlər”, “Sevgi qəbri”, “Yağış məni ağlayır”, “Kədərinə vəfalı” adlı bədii və publisistik kitabların müəllifidir.
Şərhlər bağlıdır.