Sabirabadda “Səyyar Soft təlimlər” layihəsi həyata keçirilib
Təlimçi Orxan Əliyevin təqdimatında Sabirabad Gənclər Evində aparılan təlimlər zamanı iştirakçılar həm yeni və maraqlı biliklərə yiyələniblər
Layihə çərçivəsində Sabirabad rayonunda gənclərə “Enerji, aura və şüuraltı”, “Zamanın idarə olunması”, “CV və rezüme”, “Xoşbəxtlik və şans” və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib.
Təlimçi Orxan Əliyevin təqdimatında Sabirabad Gənclər Evində aparılan təlimlər zamanı iştirakçılar həm yeni və maraqlı biliklərə yiyələniblər, həm də əldə etdikləri bilikləri müxtəlif oyunlarda istifadə etməklə bacarıqlarını təcrübədən keçirmə şansı əldə ediblər.
“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində və Sabirabad rayonunda yaşayan və ya təhsil alan yeniyetmə və gənclərin yumşaq bacarıqlar əldə etmələrinə təkan verməkdir. Layihənin hədəf qrupu hərəsində 16-25 yaş arası 20 nəfər (ümumilikdə 40 nəfər) olmaqla Mingəçevir şəhəri və Sabirabad rayonunda yaşayan gənclərdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.
Layihənin növbəti fazası Mingəçevir gənclərinin yumşaq bacarıqlarının artırılmasına istiqamətlənməklə Mingəçevir Gənclər Evində həyata keçiriləcək.
Şərhlər bağlıdır.