Sələmçi ananın oğlu həyat yoldaşını qətlə yetirdi
Hadisə ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki 16 saylı ünvanda, yaşayış binasında qeydə alınıb. Şəhər sakini Kənan Əzizov aralarında baş verən ailə münaqişəsi zəminində iki uşaq anası olan həyat yoldaşı Əzizova Günel Yusif qızını amansızcasına qətlə yetirib.
Mərhumənin bacısı Gülşən xanımın verdiyi məlumata görə, iki uşaq anası Günel Əzizovaya əri 25 bıçaq zərbəsi vurub, başından balta zərbələri endirib, sonda başını balta ilə kəsib. Güləşən xanış onu da bildirdi ki, bacısının qaynanası Nailə xanım sələmçiliklə
Məşğuldur və hadisə də bundan qaynaqlanıb: “O, verdiyi sələmlərin faizini yığmaq üçün dəfələrlə bacımı müxtəlif ünvanlara göndərirdi. Bacım həmiş bizə deyirdi ki, haram pul yeməkdən bezmişəm. Bu zaman evlərində həmişə dava-dalaş olurdu. Mən hadisə olan günü uşaqlarımı xəstəxanaya gətirmişdim. Ozüm Mingəçevirin Tərəvəzçilik sovxozunda oluram. Bacımgilə zəng vurub hal-əhval tutdum. .Sən demə saat 3 radələrində bacımı əri, baldızı və qaynanası birlikdə qətlə yetiriblərmiş”.
Mərhumənin anası Xumar xanım hələki meytin basdırılmasını istəmir. Kənan Əzizov polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq, istintaqa təhvil verilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər bağlıdır.